• Bakı 18° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdü

HADİSƏ

25 May 2023 | 17:00

Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdü

Bu gün Bakının Xətai rayonu ərazisində azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 2015-ci il təvəllüdlü Famil Quluzadəni vurub. Baş nahiyəsindən ağır xəsarət alan 8 yaşlı oğlan hadisə yerində vəfat edib.

Hadisəni törədən avtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Anar Hüseynov saxlanılıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalara başlanılıb.


SON XƏBƏRLƏR

10 May 2025