• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bakıda qamışlıqdakı yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

25 May 2023 | 17:16

Bakıda qamışlıqdakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.
 

13:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


SON XƏBƏRLƏR

19 Aprel 2024