• Bakı 30° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Bakı-Quba yolunda yük maşını yandı - VİDEO

HADİSƏ

25 May 2023 | 17:29

Bakı-Quba yolunda yük maşını yandı - VİDEO

Bakı-Quba yolunda avtomobil yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 35-ci kilometrliyində - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində və ön təkərlərində baş vermiş yanğının məhsulla dolu yük bölməsinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək yük bölməsinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yük yerindəki 26 ton məhsul yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

16 Iyun 2024