• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda boş ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ

06 Iyul 2023 | 12:32

Bakıda boş ərazidəki yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları və quru ot iki hektar sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı və ətraf ərazilər yanğından mühafizə olunub.

 

10:40

Bakıda boş ərazi yanır.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026