• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda açıq ərazidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİB

HADİSƏ

04 Avqust 2023 | 17:22

Bakıda açıq ərazidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

 

 

16:36

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.

Onun sözlərinə görə, hazırda soyutma işləri davam etdirilir.

Xidmət rəisi bildirib ki, yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

***

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

15:38

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

 

15:03

Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Bakıda açıq ərazidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİBBakıda açıq ərazidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİBBakıda açıq ərazidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026