• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaçmazda meşənin yaxınlığında yanğın oldu - VİDEO

HADİSƏ

05 Avqust 2023 | 10:24

Xaçmazda meşənin yaxınlığında yanğın oldu - VİDEO

Xaçmaz rayonunun Sibiroba kəndində meşə massivinə yaxın açıq ərazidə yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib. FHN-in canlı qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 500 m² sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026