Dekabrın 27-də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gecə 1990-ci il təvəllüdlü Əliyev Etibar Yusif Çermet qəsəbəsi kimi ərazidə tanışı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb. Yaralı çoxlu qanitirmədən dünyasını dəyişib.
















