• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda il ərzində ticarət dövriyyəsinin həcmi açıqlanıb

İQTİSADİYYAT

04 Fevral 2022 | 19:42 | Müəllif: Subhan Mahmudov

Bakıda il ərzində ticarət dövriyyəsinin həcmi açıqlanıb

2021-ci ilin yanvar-dekabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 4,2 faiz artaraq 25 milyard 648,9 milyon manat olub.

Bakıvaxtı.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 13 milyard 388,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 12 milyard 260,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026