• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda keçmiş məhkumda “Kalaşnikov” aşkarlandı

HADİSƏ

06 Sentyabr 2021 | 12:03

Bakıda keçmiş məhkumda “Kalaşnikov” aşkarlandı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb.

Polis İdarəsində onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb.

Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bakıda keçmiş məhkumda “Kalaşnikov” aşkarlandıBakıda keçmiş məhkumda “Kalaşnikov” aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026