• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanın fəxri həkimi vəfat etdi

HADİSƏ

06 Oktyabr 2021 | 09:49

Azərbaycanın fəxri həkimi vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb. 

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026