• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Traktorla minik avtomobili toqquşdu - İki nəfər xəsarət aldı

HADİSƏ

04 Noyabr 2021 | 23:24

Traktorla minik avtomobili toqquşdu - İki nəfər xəsarət aldı

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 32-ci kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki. "Toyota Prado" markalı minik avtomobili Şəki rayonu Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədovun idarə etdiyi traktoru arxadan vurub.

Qəza zamanı traktorun sürücüsü E.Məmmədov və tarktorda olan sürücünün həyat yoldaşı 1975-ci il təvəllüdlü Məhəbbət Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026