• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

London metrosunda yanğın baş verib

HADİSƏ

05 Oktyabr 2021 | 18:55 | Müəllif: Subhan Mahmudov

London metrosunda yanğın baş verib

Böyük Britaniyanın paytaxtı Londonda metropolitendə yanğın baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın Londonun mərkəzində yerləşən "Vestminster" stansiyasında qeydə alınıb.

Yanğının qarşısının alınması üçün 6 yanğınsöndürən maşın və 40 xilasedici cəlb olunub.

Qeyd olunur ki, hadisənin qarşısı qısa müddət ərzində alınıb. Xəsarət alanların olmadığı deyilir.

London metrosunun "Vestminster" stansiyası parlamentin yaxınlığında yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR