• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bakıda kürəkən qayınatasını ÖLDÜRDÜ

HADİSƏ

18 May 2022 | 10:51

Bakıda kürəkən qayınatasını ÖLDÜRDÜ

Bakıda qətl hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Şuşa şəhərciyində qeydə alınıb.

35 yaşlı Heydərov Taleh Qara oğlu şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qayınatası, 44 yaşlı Qənbərov Qabil Mirhüseyn oğluna çoxsaylı bıçaq zərbələri vurub.

Q.Qənbərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisəni törədən T. Heydərov oradan qaçıb. 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Polis T. Heydərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR