Bakıda məsciddə yanğın olub.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 300 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 32 m² sahədə yanıb. Məscidin qalan hissəsi yanğından muhafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















