• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda məşhur kafe bağlandı

CƏMİYYƏT

17 Iyun 2023 | 19:41

Bakıda məşhur kafe bağlandı

Bakıda fəaliyyət göstərən əfsanəvi “Hard Rock Cafe” bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, kafe əməkdaşları İqtisadiyyat.az-a məlumatı təsdiqləyiblər. Lakin obyektin bağlanmasının səbəbi məlum deyil:

"Kafe sahibləri artıq Azərbaycanı tərk ediblər. Bundan sonra brend dəyişikliyi olacaq, kafe başqa adla fəaliyyət göstərəcək. Hələlik təmir və yenidənqurma işləri aparılır".

Qeyd edək ki, “Hard Rock Cafe” kafe-barı ilk dəfə amerikalı Ayzek Tayqret və Piter Marton tərəfindən 1971-ci ildə Londonda, "Rolls-Royce" avtomağazasının yerləşdiyi məkanda yaradılıb. 2015-ci ilin iyul ayında dünyanın 50 ölkəsində 288-dən çox "Hard Rock Cafe"nin fəaliyyət göstərdiyi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026