• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İki maşın toqquşub, polis əməkdaşı xəsarət alıb - VİDEO 

HADİSƏ

26 Oktyabr 2021 | 09:22

İki maşın toqquşub, polis əməkdaşı xəsarət alıb - VİDEO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağ Şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan “Gelandewagen” markalı avtomobil Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinə (PPX) məxsus avtomobilə çırpılıb. Qəza nəticəsində avtomobildə olan polis əməkdaşı xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, hadisə bu gün gecə saatlarında qeydə alınıb. Qəza nəticəsində xəsarət alanın olduğu vurğulanıb: "Yol nəqliyyat-hadisəsinin baş verməsi barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməliyyat-istintaq qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Xəsarətin dərəcəsindən asılı olaraq hüquqi qiymət veriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026