• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda qatar vuran oğlanla bağlı araşdırma BAŞLANDI

HADİSƏ

16 Aprel 2021 | 13:40

Bakıda qatar vuran oğlanla bağlı araşdırma BAŞLANDI

Bakıda gənc oğlanı qatar vurmasına görə hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Qeyd olunub ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu dünyasını dəyişib:

"Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. Pərvin Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır".(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR