• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bakıda şirkət CƏRİMƏLƏNİB 

CƏMİYYƏT

05 Yanvar 2023 | 15:10

Bakıda şirkət CƏRİMƏLƏNİB

“İnterximservis” MMC mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə, məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi əsasında protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Əminə Abbasovanın sədrliyilə araşdırılacaq.                

İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinda bildirilir ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026