• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda sulu qar, rayonlarda qar yağacaq

CƏMİYYƏT

17 Yanvar 2022 | 08:23 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda sulu qar, rayonlarda qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə,  şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026