• Bakı 22° C

    5.26 m/s

Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ - VİDEO

CƏMİYYƏT

25 Oktyabr 2024 | 00:18 | Müəllif: Əli Hüseynov

Bakıda yeni asfaltlanan yol ÇÖKDÜ - VİDEO

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, ərazi yeni asfaltlanıbmış. Son günlər yağan aramsız yağışlar asfaltı bu hala salıb. Lakin çökməyə səbəbin təkcə yağıntının olmadığı iddia edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

Qeyd olunub ki, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq.

Bakıvaxtı.az videomaterialı təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026