• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda yeni mikromobillik zolağı istifadəyə verildi

CƏMİYYƏT

01 Oktyabr 2024 | 12:10

Bakıda yeni mikromobillik zolağı istifadəyə verildi

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib.

Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1 160-dən çox təhlükəsizlik səddi çəkilib.

Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.


Bakıda yeni mikromobillik zolağı istifadəyə verildiBakıda yeni mikromobillik zolağı istifadəyə verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026