• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda yol qəzalarında iki piyada öldü

CƏMİYYƏT

07 Mart 2023 | 09:13

Bakıda yol qəzalarında iki piyada öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Mehman Dadaşov idarə etdiyi "Skoda" markalı avtomobillə yolu keçən, 2000-i il təvəllüdlü Rafət Manafovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Piyada ölümü ilə nəticələnən digər yol-nəqliyyat hadisəsi isə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Mehdi Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən, 1939-cu il təvəllüdlü Arif Babayevi vuraraq öldürüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR