• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İnam Kərimov hakim kimi and içdi

CƏMİYYƏT

05 Aprel 2023 | 21:09 | Müəllif: Subhan Mahmudov

İnam Kərimov hakim kimi and içdi

Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il 4 aprel tarixli qərarı ilə İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.

Plenum iclasında İnam Kərimov “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026