• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakıda zəncirvarı qəza: 3 maşın toqquşdu

CƏMİYYƏT

22 Iyul 2021 | 17:34

Bakıda zəncirvarı qəza: 3 maşın toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə şəhərin Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, 90 TG 955 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil “Renault” markalı avtomobillə toqquşub.

Sonuncu isə zərbənin təsirindən yolun kənarında dayanan 99 OY 434 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilə dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026