• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakını bir-birinə qatan sürücü bu universitetin tələbəsiymiş - FOTO

CƏMİYYƏT

10 Aprel 2023 | 11:44 | Müəllif: Qalib İbrahimoğlu

Bakını bir-birinə qatan sürücü bu universitetin tələbəsiymiş - FOTO

Ötən gün Bakının müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli tələbədir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, R.Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texdnologiya fakültəsində təhsil alır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru deyilənləri Bakıvaxtı.az-a təsdiqləyib. Onun sözlərinə görə, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texdnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla  qəbul olub:

"Hər bir kurs üzrə smestr boyu kərsi olmamış, qarışıq qiymətlər allb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib".

B.Nəzərov onua da deyib ki, bu tələdə hal-hazırda təhsil aldığı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb.

Qeyd edək ki, Ötən gün Bakının müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Raul Cabbarbəylinin hadisə törədilən zaman psixi pozuntu vəziyyətində olduğu həkim rəyi əsasında müəyyən edilib.

Məlumata görə, o, hazırda həkim nəzarətindədir.

Xəyalə Rza


Bakını bir-birinə qatan sürücü bu universitetin tələbəsiymiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026