• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Bank Respublika" sahibkarlara köçürmələrdə problem yaradır

CƏMİYYƏT

17 Mart 2023 | 14:55 | Müəllif: Qalib İbrahimoğlu

"Bank Respublika" sahibkarlara köçürmələrdə problem yaradır

"Bank Respublika" fiziki şəxsin VÖEN-ə bağlı bank hesabına vəsaitin ödənilməsi ilə bağlı problemlər yaradır.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, tanınmış PR meneceri Vüqar Babayev bir ilə yaxındır ki, müştərilərin onun VÖEN-inə etdiyi ödənişin bank tərəfindən hesaba köçürülməsində problemlə üzləşir. 

Səbəb isə bankın sözügedən vəsaitlərin hər dəfə haradan və kimdən gəldiyinin sübutunu istəməsidir. "Bank Respublika" fiziki şəxsdən öz müştərisi ilə bağladığı müqaviləni və hər ay qaiməni də bankın emailinə göndərməyi tələb edir. 

V.Babayev bankın haqsız hesab etdiyi tələbləri yerinə yetirdikən sonra da problemlərin davam etdiyini deyir. Belə ki, qaiməni vuran və vəsaiti göndərən tərəflərin bəlli olduğuna, bankın istədiyi sənədlərin onun emailinə göndərilməsinə baxmayaraq, bank yenə də hər ay sözügedən köçürməni ləngimələrlə təsdiq edir. Bank bəzən emaili almadığını, bəzən diqqətlərindən yayındığını deyərək prosesi daha da uzadır.

PR meneceri bunun fiziki şəxslə müştəri arasında anlaşılmazlığa, şəxsi məlumatların əldə edilməsinə səbəb olduğunu bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026