• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bannerlər vasitəsilə Chrome üzərindən edilən dələduzluqlar

MULTİMEDİA

04 Mart 2022 | 04:31 | Müəllif: Qalib İbrahimoğlu

Bannerlər vasitəsilə Chrome üzərindən edilən dələduzluqlar

İnternet üzərindən dələduzluq daimi olaraq üst səviyyəyə çıxır. 

Bakıvaxtı.az xəbər verir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər məşhur brauzer üzərindən Android istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən yeni dələduzluq üsulu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən yeni dələduzluq üsulu çərçivəsində dələduzlar internet mağazalarını əhatə edən müxtəlif saytlarda bannerlər yerləşdirirlər. Yerləşdirilən bannerlərdə istifadəçilərə istifadə olunan brauzerin yenilənməsi təklif olunur.

Brauzerin yenilənəcəyini düşünərək həmin bannerlərə klikləyən istifadəçilər isə nəticədə yenilənməni deyil, zərərli proqram təminatını işə salırlar. Məlumatda qeyd edilib ki, istifadə olunan brauzerin artıq köhnəldiyi və onun yenilənməyə ehtiyac duyduğu barəsində bildirişlər əsasən Android istifadəçilər arasında rast gəlinir (technote.az). Lakin bu cür bildirişlərin digər əməliyyat sistemlərinin istifadəçilərinə də göstərilməsi istisna edilmir.

İstifadəçi məlumatlarının oğurlanmasından əlavə olaraq bu cür bannerlər həmçinin istifadəçiləri dələduzların saytlarına da yönləndirə bilərlər. Mütəxəssislər mobil cihaz istifadəçilərinə artıq köhnəlmiş Chrome 89 brauzerini yeniləməyi məsləhət görüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026