• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Barselona" baş məşqçisini istefaya göndərə bilər

İDMAN

16 Sentyabr 2021 | 14:33

"Barselona" baş məşqçisini istefaya göndərə bilər

İspaniya "Barselona"sının baş məşqçisi Ronald Kuman Almaniya "Bavariya"sına 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin I tur matçından sonra klub rəhbərliyi ilə görüşüb.

Bakıvaxtı.az "Deportes Cuatro" nəşrinə istinadən xəbər verir ki, gərgin keçən görüşdə 58 yaşlı mütəxəssisə vəziyyəti düzəltmək üçün 4 oyunluq vaxt verilib.

Kataloniya təmsilçisi müsbət nəticələr əldə etməsə, niderlandlı baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, "Barselona" növbəti 4 qarşılaşmasını La Liqada "Qranada", "Kadis", "Levante" və Çempionlar Liqasında Portuqaliya "Benfika"sına qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026