• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Baş nazir Məhəmməd Caludla görüşüb

SİYASƏT

13 May 2024 | 18:30 | Müəllif: Subhan Mahmudov

Baş nazir Məhəmməd Caludla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildiriblər ki, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb. İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.

Azərbaycanda digər idman növləri ilə yanaşı, ağırlıqqaldırmanın da inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqətin yetirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026