ABŞ prezidenti Co Bayden koronavirusa yoluxub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib. Onun sözlərinə görə, Bayden Las Veqasdakı tədbirdən sonra analiz verib və Covid-19 testinin cavabı müsbət çıxıb.
Co Bayden səhhəti ilə bağlı problem yaranacağı təqdirdə seçkilərdən geri çəkiləcəyini deyib. Onun bu açıqlamasından dərhal sonra Ağ Ev Baydenin Covid-19 müayinəsinin müsbət çıxması ilə bağlı məlumat yayıb.
















