Birləşmiş Ştatlar Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra həm də Çin və Rusiyanın yeni çağırışlarına diqqət yetirməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden xalqa müraciətində bildirib.
"Biz Çinlə ciddi rəqabət aparırıq, bir neçə istiqamətdə Rusiyadan gələn problemlərlə mübarizə aparırıq, kiberhücumlar və nüvə silahlarının yayılması ilə üz -üzəyik. Bu problemlərin öhdəsindən gəlmək üçün rəqabət qabiliyyətli olmalıyıq", - deyə Bayden bildirib.
Prezidentin sözlərinə görə, ABŞ bu məsələni terrorizmlə mübarizə ilə birləşdirə bilər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















