"Ermənistan Azərbaycanla təmasları bərpa etməyə hazırdır".
Bakıvaxtı.az "Sputmik Armenia"ya istinadla xəbər verir ki. bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib.
Mirzoyanın sözlərinə görə, vasitəçilər, tərəfdaşlar tərəfindən yeni görüşlər üçün təkliflər var.
"Belə görüşlər yaxın vaxtlarda baş tutacaq", - deyə Mirzoyan qeyd edib.
Qeyd edək ki, İrəvan və Bakının yeni görüşün keçirilməsi barədə razılığa gəldiyini Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da bildirib. Vaxt hələ dəqiqləşdirilməyib.
Murad Məmmədli
















