Belarus Xarici İşlər Nazirliyi ABŞ-a Minskdəki səfirliyinin diplomat sayını 5 nəfərə endirməyi təklif etdi.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın verdiyi məlumatda deyilir: "Vaşinqtonun bizimlə bütün sahələrdə əməkdaşlığını azaltması və ölkəmizin iqtisadiyyatının zəifləməsi üçün etdiyi hərəkətlər fonunda, Belarusiyadakı Amerika diplomatik missiyasının bu qədər sayda işçilərinin olmasında heç bir məna görmürük. Belə bir vəziyyətdə onların nə edəcəyi aydın deyil. Bununla əlaqədar olaraq Amerika tərəfinə sentyabrın 1 -dək Minskdəki səfirliyindəki diplomatik nümayəndəliyin sayını 5 nəfərə endirmək təklif edildi."
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















