• Bakı 16° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Bərdədə qadın bıçaqlanıb, qohumu saxlanılıb

HADİSƏ

10 May 2024 | 14:46

Bərdədə qadın bıçaqlanıb, qohumu saxlanılıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


    SON XƏBƏRLƏR