• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Beş koronavirus xəstəsi barəsində cinayət işi BAŞLANILDI

CƏMİYYƏT

31 Avqust 2021 | 19:00 | Müəllif: Subhan Mahmudov

Beş koronavirus xəstəsi barəsində cinayət işi BAŞLANILDI

Avqustun 30-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində doqquz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə beş nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026