• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bəşər Əsədin qaçış planı məlum oldu

DÜNYA

13 Dekabr 2024 | 20:29 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsədin qaçış planı məlum oldu

Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl zabitləri toplayıb və Rusiyanın bu ölkəyə yardım edəcəyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə zabitlərdən birinin sözlərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə Suriya Müdafiə Nazirliyində ordunun və təhlükəsizlik xidmətinin 30-a yaxın rəhbəri iştirak edib. Əsəd hərbçiləri Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qüvvələrini mövqelərini saxlamağa çağırıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, Əsəd ölkədən qaçmaq planlarını gizli saxlayıb və hətta elit 4-cü zirehli diviziyaya komandanlıq edən kiçik qardaşı Maher Əsədə də açıqlamayıb.

Eks-prezidentə yaxın mənbə bildirib ki, dekabrın 7-də iş gününün sonunda Əsəd köməkçisinə evə getdiyini desə də, bunun əvəzinə hava limanına yollanıb və oradan da Moskvaya uçub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026