• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Beyin ölümü gerçəkləşən aktrisadan XƏBƏR VAR

CƏMİYYƏT

12 Avqust 2022 | 22:00

Beyin ölümü gerçəkləşən aktrisadan XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, 53 yaşlı aktrisa Enn Heç keçən həftə Los-Ancelesdə törətdiyi avtomobil qəzası nəticəsində xəstəxanalıq olmuşdu.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün aktrisanın anoksik beyin zədəsi səbəbindən sağ qalmasının mümkün olmayacağı açıqlanıb. Artıq beyin ölmü gerçəkləşən Ennin yaxınlarının bildirdiyinə görə, aktrisanın orqanları donorluq üçün yoxlanılacaq. Bundan sonra isə o, qoşulu olduğu aparatdan ayrılacaq.

Xatırladaq ki, Enn avqustun 6-da qəza törədib: əvvəlcə yaşayış kompleksinin qarajına, sonra isə evə çırpılıb. Nəticədə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun içkili olduğu bildirilsə də müayinə zamanı qanında spirt aşkarlanmayıb. Lakin onun orqanizmində kokain izləri müəyyən edilib

Qeyd edək ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.(axsam.az)


SON XƏBƏRLƏR

18 Aprel 2024