• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəzi avtovağzallar restoran kimi xidmət göstərir 

CƏMİYYƏT

16 Iyun 2023 | 12:37

Bəzi avtovağzallar restoran kimi xidmət göstərir

“Şəhərdaxili sərnişindaşıma ilə yanaşı rayonlararası və şəhərlərarası sərnişindaşıma xidmətinə də diqqət ayırmalıyıq. Bu sahədə də problemlər var”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat İltizam Yusifov bildirib. 

“Ötən əsrin 90-cı illərində avtovağzallar özəlləşdirilib. Onların əksəriyyəti təyinatı üzrə bu gün də istifadə olunur. Amma bəzi avtovağzal binası market və şadlıq sarayı kimi xidmət göstərir. 

Bir məsələni təklif etmək istəyirəm. Əhali sayı 30 mindən çox olan şəhərlərdə sərnişindaşıma xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün iki avtovağzal və avtostansiyalar yaradılsın”, -deyə İ.Yusifov bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026