"Qeydə alınmış namizədlər arasında qeydiyyat və imzaların toplanması mərhələsində heç bir əngəl və təzyiq qeydə alınmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının həmsədri Ramil İsgəndərli keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bütün açıq mənbələrdən əldə edilmiş məlumatlar deməyə əsas verir ki, imzatoplama kampaniyası sakit məcrada keçib.
R.İsgəndərli bir neçə namizədin bələdiyyə əməkdaşlarını təbliğat prosesinə cəlb etdiyi barədə məlumat verib:
"Bir neçə namizəd imzatoplama kampaniyasına mənzil kommunal və texniki xidmət sahələrinin, bələdiyyə əməkdaşlarını cəlb etməyə cəhd göstərib".
Əli Hüseynov



jpg-1726729831.webp)
jpg-1726729204.webp)











