• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bəzi yerlərində yağış yağacağı ehtimalı var

CƏMİYYƏT

27 Aprel 2022 | 08:34 | Müəllif: Qalib İbrahimoğlu

Bəzi yerlərində yağış yağacağı ehtimalı var

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR