• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Deputat Musa Quliyev təsdiqlədi: Dağıdılan məzar atamındır

CƏMİYYƏT

26 May 2022 | 20:44 | Müəllif: Qalib İbrahimoğlu

Deputat Musa Quliyev təsdiqlədi: Dağıdılan məzar atamındır

İngiltərəli bloger sosial şəbəkə hesabında Zəngəzurun Urud kəndindən azərbaycanlılara məxsus dağıdılmış qəbiristanlıqdan foto paylaşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, şəkildə məzar daşlarından birinin üzərinə "oğlu Musadan xatirə" yazısı həkk olunub. Məzar daşının millət vəkili Musa Quliyevin atasına məxsus olduğu məlum olub. Deputat xəzərxəbər-ə deyib ki, 16 il əvvəl həmin ərazilərə getsə də, onu qəbiristanlıq ərazisinə buraxmayıblar.  Onun sözlərinə görə, kəndlərinə gedərkən qəbiristanın ermənilər tərəfindən tamamilə dağıdıldığını görüb.

M.Quliyev deyir ki, 1988-ci ildə indiki Ermənistan deyilən qədim Azərbaycan torpaqlarından bütün Azərbaycan türkləri deportasiya edilib. Bundan sonra Azərbaycanın 261 kəndi ilə yanaşı, müqəddəs yerlər də dağıntılara məruz qalıb. Ermənilər bu əməlləri ilə azərbaycanlılara məxsus izləri silməyə çalışıblar. Musa Quliyevin sözlərinə görə, Urud qəbiristanı ən qədim məzarlıqlardan biri olub.

Millət vəkili deyir ki, ölkə başçısının dediyi kimi, biz ora da qayıdacağıq və o zaman bu cür dağıdılmış qəbiristanları da bərpa edəcəyik.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026