• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

 Bakıdan çıxan ilk avtobus reysi Füzuliyə çatdı - YENİLƏNİB

CƏMİYYƏT

25 Iyun 2022 | 13:14 | Müəllif: Subhan Mahmudov

Bakıdan çıxan ilk avtobus reysi Füzuliyə çatdı - YENİLƏNİB

Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk səfərdə 30 Füzuli sakini öz ata-baba yurdunu ziyarət edir. Onlar Füzuli rayonunun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.

***09:14

İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.

Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026