• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Binəqədidə "patı" satan qadın saxlanıldı - VİDEO

CƏMİYYƏT

27 Avqust 2021 | 11:48

Binəqədidə "patı" satan qadın saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumaat görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Kəmalə Mədəti tutulub. Polis Şöbəsində onun əlində olan pulqabıya baxış zamanı ümumi çəkisi 15 qrama yaxın olan heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Qeyd edilən faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib və Kəmalə Mədətinin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Binəqədidə "patı" satan qadın saxlanıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR