• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

CƏMİYYƏT

28 Yanvar 2024 | 22:21 | Müəllif: Subhan Mahmudov

Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar.

Nəticədə bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü Cavadova Elnarə İlqar qızı, 2014-cü il təvəllüdlü Cavadova Fatimə Zahid qızı, 1980-ci il təvəllüdlü Cavadov Zahid Durmuş oğlu və 2016-cı il təvəllüdlü Cavadov Yusif Zahid oğlu yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar.

Hazırda faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026