• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Biznes lisenziyaları ləğv edilə bilər

CƏMİYYƏT

27 Sentyabr 2023 | 09:05

Biznes lisenziyaları ləğv edilə bilər

2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini açıqlayan ABŞ-ın keçmiş prezidenti Donald Trampın bəzi biznes lisenziyaları təhlükə altındadır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nyu York Əyalət Məhkəməsinin hakimi Artur Enqoron çərşənbə axşamı qərar verib ki, “Trump Organization” illərdir aktivlərinin xalis dəyərini şişirtməklə bankları, sığortaçıları bank kreditləri və sığorta üzrə daha yaxşı şərtlər əldə etmək üçün aldadıblar.

Cəza olaraq bəzi biznes lisenziyalarının ləğv edilməsini, onların Nyu-Yorkda bizneslə məşğul olmalarının çətin, hətta qeyri-mümkün olmasını əmr edilib.

Bu arada, qeyd edək ki, NBC kanalının keçirdiyi sorğuya görə, Tramp namizədlər arasında ona ən yaxın bala sahib olan Florida qubernatoru Ron DeSantisi 43 xal qabaqlayır.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR