BMT-nin baş katibi Antoniu Quterreş Moldovaya planlaşdırılmamış səfər edib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Quterreş Moldova Prezidenti Maya Sandu ilə görüşəcək.
BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib ki, Quterreşin Kişinyova səfəri əvvəlcədən planlaşdırılmayıb. Baş katib Ukrayna səfərindən sonra Moldovaya səfər etmək qərarına gəlib.
Kişinyovdan sonra BMT-nin baş katibi İstanbula səfər edəcək.
















