• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT-də çalışan azərbaycanlıların sayı artırıla bilər

CƏMİYYƏT

06 Iyul 2023 | 13:43

BMT-də çalışan azərbaycanlıların sayı artırıla bilər

Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müzakirələr Bakıda səfərdə olan T.Valovaya iyulun 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026