• Bakı 26° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

BMT-dən İsrailin Qolan təpələrinə hücumu ilə bağlı AÇIQLAMA

DÜNYA

10 Dekabr 2024 | 15:22

BMT-dən İsrailin Qolan təpələrinə hücumu ilə bağlı AÇIQLAMA

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qolan təpələrinə hücumu ilə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrailin Qolan təpələrindəki bufer zonanı işğal etməsinin 1974-cü ildə İsrail və Suriya arasında imzalanmış Qüvvələr Ayrılığı Sazişinin pozulması olduğunu bildirib.

Pedersen Nyu Yorkdakı həmkarları ilə bu məsələni müzakirə edəcəklərini də vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 Iyun 2025