• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

BMT-nin Baş katibi İsrailə müraciət etdi

DÜNYA

16 Oktyabr 2023 | 10:03 | Müəllif: Subhan Mahmudov

BMT-nin Baş katibi İsrailə müraciət etdi

BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb

Bakıvaxtı.az qazeta.ru-ya istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına sürətli və maneəsiz humanitar girişi təmin etməyə çağırıb.

“Yaxın Şərqdə uçurumun astanasında olduğumuz bu dramatik anda iki güclü humanitar çağırış etmək BMT-nin Baş katibi kimi mənim borcumdur. İsrail humanitar yardımın, həmçinin Qəzza zolağındakı humanitar işçilərə çatdırılması üçün sürətli və maneəsiz çıxış təmin etməlidir”, - deyə Baş katib bildirib.

O, həmçinin Fələstinin HƏMAS hərəkatından girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsini istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR