BMT Təhlükəsizlik Şurasının (TŞ) dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-yə sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti məlumat verib.
Görüşün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır. Görüşü Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası öz milli statusunda tələb edib.
Bakı 



